Бесплатная
Доставка

Быстрая
Выдача

Оригинальный
Продукт

Довольный
Покупатель

В корзине 0 товаров

Hansı şəffaf linza markasını seçməliyəm

ŞƏFFAF LİNZALARDAN HANSINI SEÇMƏLİ?

Acuvue Oasys

Özümü gözümdə sanki linza yoxmuş kimi hiss etmək istəyirəm.

Acuvue Oasys linzaları hətta uzun müddət taxıldıqda belə gözlərin nəmli və rahat qalmasını təmin edərək göz qapaqlarının daha az yorulmasına səbəb olur. Əgər gün boyu gözəl görünmək üçün parlaq və canlı gözlər istəyirsinizsə, gözlərinizi heç yormayan, özünüzü heç linza taxmamış kimi hiss etdirən Acuvue Oasys linzalarından istifadə edin.

Acuvue Oasyslinzaları gün ərzində göz damlalarına duyulan ehtiyacı minimuma endirir.

Gününüzü istər bayırda, istər ofisdə kompyuter qarşısında keçirsəniz də, bu linzalarla gözlərinizin nəmliyi azalmaz.

Buna görə də kontakt linza quruluğundan şikayət edən və sürəkli şəkildə damlalara ehtiyac hiss edən şəxslər üçün bu linza ideal variantdır.

Air Optix Aqua
İstəyirəm makiyaj edərkən gözümə və linzama bir şey olmasın.

Bu linza yüksək nəmlik saxlama və oksigen keçiriciliyinə malikdir. Adətən toz, kir və lipidlər (orqanizmdən ayrılan yağlı maddələr) linza üzərində toplanaraq görmədə rahatlığı poza bilir. Amma Air Optix Aqua linzalarında belə problem olmur.

30 günə qədər rahatlıqla istifadə oluna bilir. Daha yüksək oksigen keçiriciliyi olması səbəbindən gözlərin qızarmasının qarşısı alınır və gözlərin sağlamlığına xələl gəlmir.

Yüksək nəm saxlama qabiliyyəti linzanın qurumasının qarşısını alır.

Air Optix Hydra Glyde
İstəyirəm linza gecə də, gündüz də gözümdə qalsın.

Bu linza Air Optix Aqua-nın yeni, təkmilləşdirilmiş versiyasıdır. Onun ön və arxa tərəfdən asferik dizaynı sayəsində aydın və dəqiq görünmə yaranır.

Göz yaşının sərbəst hərəkətinə imkan verərək linzanın kənarlarından xaric olunmasına şərait yaradır.

Bu linzalar uzun müddət nəm qalır və yüksək oksigen keçiriciliyinə malikdir. Onu gecə, gündüz, hətta yatarkən belə istifadə edə bilərsiniz. 30 günə qədər rahat şəkildə istifadə oluna bilir. Əsas özəlliyi daha çox nəm qalma və daha yüksək oksigen keçiriciliyinə malik olmasıdır.

Pure Vision 24 D
Daha dəqiq, aydın və canlı görmək istəyirəm.

Parıltı və sulanmanı azaltmaq xüsusiyyətlərinə malikdir. Olduqca rahatdır, mükəmməl nəfəsalma xüsusiyyəti vardır. Ən incə linzalardn biridir və istifadəsi çox rahatdır.

Yaxşı işıqlandırılmış yerlərdə, eləcə də çox işıqlı və parıltılı yerlərdə təmiz görmə xüsusiyyətlərini saxlayır.

Bu linza xüsusilə sürücülərin gecə vaxtı avtomobil sürərkən qarşılaşdığı çətinlikləri azaldır.

30 günə qədər və daha çox istifadə oluna bilir. Bu linzalar işıq halqalarını, parlamaları çox azaldaraq təmiz, şəffaf bir görmə keyfiyyəti yaradır.

Pure Vision 24 D sayəsində heç bir parıltı olmadan filmlərə baxa bilərsiniz.

Air Optix Night & Day Aqua
Gecələr sağlıqlı və dəqiq görmə rahatlığı istəyirəm.

Bu linzalar yüksək oksigen keçiriciliyi sayəsində gözlər üçün ideal sağlıqlıdır. 30 gecəyə qədər davamlı şəkildə istifadə etdikdə belə yata bilmənizi təmin edər. Yuxudan oyandığınız anlarda belə dəqiq görməyinizdə heç bir problem olmaz və gününüzə rahat və keyfiyyətli görmə ilə başlaya bilərsiniz.

Çox yüksək hava və oksigen keçiriciliyinə malik Air Optix Night & Day Aqua linzaları gözləri sağlıqlı saxlayır, göz qızarmasını əngəlləyir və yüksək dəqiqliklə görünmə təmin edir.